Dəhşətli qəza: 1 ölü, 2 yaralı
Bizi izləyin

Qırmızı.az

Dəhşətli qəza: 1 ölü, 2 yaralı

Bu gün səhər saatlarında Lənkəran rayonunda ölümlə nəticələnən ağır qəza olub.


ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə saat 08:00-da Ələt-Astara magistralının 190-cı kilometrliyində, Liman şəhəri ərazisində qeydə alınıb.


B elə ki, Qulam Əvəz oğlu Hacıyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobil Şükür Akif oğlu Şükürovun idarə etdiyi “Mercedes Vita” markalı maşınla toqquşub.


Qəza nəticəsində “Jiquli”də olan sərnişin 1984-cü il təvəllüdlü Elvin Xanoğlan oğlu Sultanov ölüb. Onun meyiti parçalanan avtomobildə sıxışıb.


Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Elvin Sultanovun meyitini avtomobildən çıxarıblar.


Bundan əlavə hər iki avtomobilin sürücüsü ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm