• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Prezident və nazir erməniləri qorxuya saldılar

Prezident və nazir erməniləri qorxuya saldılar

"Azərbaycan Ermənistanı hədələyir". Bu gün Ermənistanın bir çox qəzeti bu başlıqla dərc edilib. Azərbaycan prezidenti İlham Əliyevin AŞPA-dakı çıxışından, eləcədə müdafiə naziri Zakir Həsənovun Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisindəki istənilən hərbi obyekti dağıtmaq imkanı olduğu ilə bağlı bəyanatından dərhal sonra İrəvanda Azərbaycan hədəsi barədə ağlaşma başladı.


"İnsan tələfatı ilə nəticələnən hərbi əməliyyatlar frontunu cəzasız genişləndirən Bakını kim saxlayacaq?" deyə erməni qəzetləri yuxarının sifarişi ilə yazır.


Təbii ki, burada həm də guya kiçik,sülhsevər Ermənistanı Azərbaycanın təcavüzündən qorumayan dünya ictimaiyyətinin ünvanına da çoxsaylı ittihamlar səsləndirilir.


Aydındır ki, növbəti antiazərbaycan vakxanaliyası hər şeydən öncə ordumuzun ermənilərin təxribatlarına layiqli cavab verməsi və onların itki verməsi ilə bağlıdır. Sonra isə bu öz iqtisadi vəziyyəti ilə razı olmayan insanların mitinq, etiraz aksiyaları, nümayişlərdən başını qatmaq üçündür.


Erməni siyasətçilər isə indi bunun vaxtı olmadığını düşünürlər. Nümayişləri dayandırın Azərbaycan tankları İrəvan küçələrinə girhagirdədir. Təbii ki, bütün bunlar növbəti yalandır.


Bizə erməni şəhərləri, kəndləri lazım deyil. Biz sadəcə işğal ediləni qaytarmaq istəyirik. Məhz erməni siyasətçilərin yönləndirdiyi ordu tərəfindən işğal edilən əraziləri. Bu insanlar özləri bu gün bütün dünyaya regionda sülhün yaradılmalı olduğunu çar çəkirlər.


Bizim torpaqlardan rədd olun və sülh olsun. Mehriban qonşuluq barədə isə hələ düşünmək lazımdır!


Yerli siyasətçilərin və erməni müxalifətinin bəyanatlarına görə, İrəvanda bu payaız çox isti olacaq. Bu ölkənin əhalisini iqtisadi hərc mərclik və genişlənən korrupsiyadan artıq bezib. Buna görə də çoxları hazırki rejimin devrilə biləcəyini hesab edir.

Ola bilər ki, inanmaq hər nə qədər çətin olsa da hakimiyyətə nə vaxtsa praqmatik biri gələcək və o anlayacaq ki, oğurlananı qaytar maq lazımdır. Çünki kövrək sülh mehriban düşmənçilikdən yaxşıdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR