Cəbhədə vəziyyət gərgindir
Bizi izləyin

Qırmızı.az

Cəbhədə vəziyyət gərgindir

Ermənistan Silahlı Qüvvələri son bir sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 66 dəfə pozub. Bu barədə Publika.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar, Şuraabad, Mərzili, Yusifcanlı, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub

Oxumağa davam et
Reklam
Reklam

Gündəm