“ASAN xidmət” Silahlı Qüvvələr günü münasibəti ilə aksiya keçirib
Bizi izləyin

Qırmızı.az

“ASAN xidmət” Silahlı Qüvvələr günü münasibəti ilə aksiya keçirib

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü münasibəti ilə “ASAN xidmət” Daxili İşlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində sosial məsuliyyət yönümlü aksiya keçirib. Mərkəzdən Publika.az-a verilən məlumata görə, aksiya çərçivəsində Səyyar ASAN xidmət vasitəsi ilə bir qrup Qarabağ müharibəsi veteranına ödənişsiz əsaslarla yeni ümumvətəndaş pasportları verilib.

Sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə “ASAN xidmət” bu günə kimi 100-ə yaxın kənardan qulluğa və yardıma ehtiyacı olan əlil və sağlamlıq imkanları məhdud uşaq, həmçinin cəzaçəkmə müəssisəsində 67 qadın məhkuma səyyar formada xidmətlərin həyata keçirilməsini təmin edib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin şəxsi təşəbbüsü olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətində vətəndaş məmnunluğunun təmin edilməsi ən ali məqsədlər sırasına daxil edilib. “ASAN xidmət” öz ənənəsinə sadiq qalaraq bu tipli sosial məsuliyyət yönümlü aksiyaların təşkil edilməsini mütəmadi qaydada həyata keçirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm