Qırmızı.az
Leyla Əliyevanın əl işi hərraca çıxarıldı - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyevanın “Həyat” kollajı Londonda onlayn hərraca çıxarılıb.
AzVision.az-ın məlumatına görə, dünyanın ən iri hərrac evlərindən biri olan “Kristi” London qədim “Old Vic” teatrının dəstəklənməsinə yönəldilmiş onlayn hərracın keçirildiyini elan edib.
Hərrac evinin Londonun Kinq-strit ünvanında yerləşən böyük
salonunda “Müharibədən sonrakı və müasir incəsənət” adlı hərrac
keçiriləcək.
“Old Vic” teatrının rəsmi sponsoru olan “Kristi” onlayn-hərracdan əldə ediləcək gəlirin hamısını teatrın hesabına köçürəcək.
Hərracın lotları arasında Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın “Həyat” adlı kollajı da var.
Hərracın bütün lotları iyunun 25-dən iyulun 3-dək Londonun
Bryuer-strit (Brewer Street) 35 ünvanında təşkil olunacaq sərgidə
nümayiş etdiriləcək.
Hərracın ilk günü “Old Vic” teatrında Artur Millerin pyesi əsasında
“Sərt sınaqlar” (“The Crucible”) tamaşasının premyerası olacaqdır.
Əsərdə baş rolu Riçard Armitic ifa edir. Aktyor Kevin Speysinin
bədii rəhbər olduğu teatrın yaradıcı heyətinin əksəriyyəti
istedadlı gənclərdir. Burada onların inkişafı üçün hər cür şərait
yaradılmışdır. Bundan əlavə, teatr özünün populyar “Old Vic New
Voices” (Old Vikin yeni səsləri) maarifləndirmə proqramı ilə də
məşhurdur.
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO