Qırmızı.az
Müdirin 24 minlik rüşvəti- VİDEO
Bir müddət əvvəl Baş Prokurorluq “Merac Holdinq”-in rəhbəri Səbuhi Əliyevin həbs olunması ilə bağlı xəbər yaydı.
Aktual.az xəbər verir ki, Bakıda fəaliyyət göstərən ASC
əməkdaşlarından biri Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə
Səbuhi Əliyevdən şikayət edib. Şikayətçi “Merac Holdinq” şirkəti
rəhbərinin, yaşayış evlərinin tikintisini onlara həvalə etmək üçün
24 min 480 manat pul istədiyini bildirib.
İşi icrasına götürmək istəyən şirkətin əməkdaşı 204 mənzilin
tikintisinin, onlara hansı şərtlə veriləcəyi ilə maraqlanıb. Səbuhi
Əliyev işə başlamaq üçün 204 mənzilin hər birinə görə 120 manat
avans ödənilməli olduğunu deyib. Şikayətçi tələb olunan pulu şirkət
rəhbərinə verib. Bundan sonra “Merac Holdinq” şirkətinin rəhbəri
Səbuhi Əliyevin iş otağına Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsinin əməkdaşları daxil olublar.
Səbuhi Əliyevdən vətəndaşdan külli miqdarda pul almasının səbəbini
soruşanda o, gələn adamın holdinqin işinə yardım etməsini xahiş
etdiyini deyib. Səbuhi Əliyevin iş otağına və evinə baxış
keçirilərkən, oradan ayrı-ayrı vətəndaşlara aid şəxsiyyət
vəsiqələri, hərbi biletlərin surətləri, tibbi arayışlar, ailə
tərkibi haqqında arayışlar və müxtəlif foto-şəkillər aşkar edilərək
götürülüb.
Aşkar olunan faktlarla əlaqədar Respublika baş prokuroru yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin
dələduzluq və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə
maddələri ilə cinayət işi başlanıb.
İstintaq araşdırmaları davam edir.
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi
-
Qoroskop07:39
Bu 3 bürcün may ayında bəxti gətirəcək
-
Magazin107:25
Məşhur aktyor Serenayla tərəf müqabili olacaq
-
Ekopublika.az02:19
Hansı sahələr daha çox varlandırır? - “Forbes” açıqladı
-
Nida Xəbər 00:37
"Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur" - Paşinyan
-
İdman00:22
"Fənərbağça" çempionluq yolunda ağır zərbə aldı
-
Qoroskop00:07
Günün qoroskopu: cəsarətli olun, uğur sizin olacaq!