Sabiq deputatın sürücüsünü döydülər
Bizi izləyin

Qırmızı.az

Sabiq deputatın sürücüsünü döydülər

Sabiq deputat Nazim Məmmədovun sürücüsünü döyüblər.

Virtualaz.org saytı xəbər verir ki, sabiq deputat bu barədə öz facebook səhifəsində yazıb.

N.Məmmədov sürücüsünün axşam saatlarında naməlum şəxslərin hücumuna məruz qaldığını yazıb: “Sürücüm dünən axşam saatlarında öz maşınında kollektiv hücuma məruz qalıb. 4-5 nəfər Qara Qarayev metrosu yaxınlığında ona həm bədən xəsarətləri yetirib, həm də avtomobilə ziyan vurublar. Mənim də indicə xəbərim olub. Polisə şikayət ediblər. Polis dünən tibbi ekspertiza da keçirməyib. Hadisənin üstünü "malalamaq" istəyiblər. İndicə polis rəisi ilə danışdım ki, obyektiv araşdırılsın”.

Deputat bunun “Baku Steel Company”nin rəhbərliyi tərəfindən edilə biləcəyini də yazıb. Xatırladaq ki, bir müddət əvvəl sabiq deputatın həmtəsisçilərindən biri olduğu “Atahan Dəmir Sənaye” MMC-yə basqın olmuşdu. Qeyd edək ki, hazırda ölkənin metallurgiya sahəsinə “Baku Steel Company” nəzarət edir. O, bu sahədə tam monopoliya qurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm