Milli Məclis sabah tətilə çıxır
Bizi izləyin

Qırmızı.az

Milli Məclis sabah tətilə çıxır

Sabah Milli Məclisin son növbədənkənar iclası keçiriləcək.

Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun AzVision.az-a verdiyi məlumata görə, sabahki iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib.


1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Konstitusiya Qanunu (ikinci səsvermə);

2. Azərbaycan Respublikasının Əlcəzair Demokratik Respublikasında Əlcəzair şəhərində səfirliyinin təsis edilməsi ilə bağlı sənəd;

3. Azərbaycan Respublikası hökuməti ilə Fransa Respublikası hökuməti arasında "Bakı- fransız liseyinin yaradılması və fəaliyyəti haqqında" sazişin təsdiq edilməsi;

4. Azərbaycan Respbulikasının Şəhərsalma və tikinti Məcəlləsində dəyişiklik;

5. "Xaçmaz rayonunun Niyəzoba kəndinin Niyəzabab kəndi adlandırılması haqqında" qanun layihəsi;

6. "Balıqçılıq haqqında" qanuna dəyişiklik edilməsi;


Qeyd edək ki, sabahki sessiyadan sonra Milli Məclis tətilə çıxacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm