Sabah 40 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah 40 dərəcə isti olacaq

Sabah Azərbaycanın bəzi rayonlarında havanın temperaturu 40 dərəcəyə yaxın olacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a bildiriblər ki, iyunun 27-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gündüz cənub küləyi axşam şimal küləyi ilə əvəzlənəcək.


Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq.


İyunun 27-də Azərbaycanın bölgələrində hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm