Əlibəyli atəş altında
Bizi izləyin

Qırmızı.az

Əlibəyli atəş altında

Tovuz rayonunun Əlibəyli kəndi erməni silahlı birləşmələri tərəfindən yenidən atəşə tutulub.

Əlibəyli İcra Nümayəndəliyindən Anspress-ə verilən məlumatına görə, erməni hərbi birləşmələri yenidən fəallaşıblar. Belə ki, ermənilər atəşkəsi pozaraq cəhbəboyu mövqelərimizi atəşə tutublar. Qarşı tərəf cavab atəşi ilə susdurulub:


“Yenə də ermənilər fasilələlərlə mövqelərimizi atəşə tutmağa davam edirlər”. Atışma zamanı kənddə xəsarət alan olmayıb.


Nümayəndəlikdən bildiriblər ki, ermənilərin tez-tez atəşkəsi pozmalarına baxmayaraq kənd sakinləri əkin sahələrində işləyirlər.

Qeyd edək ki, erməni silahlı bölmələrinin bir neçə gün öncə Tovuz rayonunun sərhəd kəndlərini atəşə tutması nəticəsində yaralanan və xəstəxanaya yerləşdirilən kənd sakinlərinin səhhəti yaxşılaşıb. Əlibəyli kənd sakinləri artıq evə buraxılıblar.

Xatırladaq ki, bir neçə gün öncə ermənilərin atəşkəsi pozması nəticəsində biri azyaşlı uşaq olmaqla 3 nəfər yaralanmışdı. 45 yaşlı 3 uşaq anası Əliyeva Ənayət Totan qızı yaşadığı evin qapısı ağzında qəlpə yarası almışdı. Digər kənd sakini 72 yaşlı Nağıyeva Qaraqız Qara qızı sağ ayağının 3 və 4-cü barmağını dəlib keçən güllə yarası, nəvəsi, 5 yaşlı Nağıyeva Nurcan Osman qızı isə ayağından qəlpə yarası alaraq xəstəxanaya yerləşdirilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm