Quran Müsabiqəsinə start verilib
Bizi izləyin

Qırmızı.az

Quran Müsabiqəsinə start verilib

Azərbaycan üzrə 7-ci Quran Müsabiqəsinə start verilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, müsabiqə Ramazan ayından sonra avqust ayından başlayaraq əvvəl rayonlarda, daha sonra sentyabr ayında Bakı və Sumqayıt səhərlərində keçiriləcək.

Bölgə və şəhərlərdəki müsabiqələrin qalibləri oktyabr ayında keçiriləcək final mərasiminə vəsiqə qazanacaq.

Müsabiqə Müqəddəs Qurani-Kərimin qiraəti , hifz və təfsiri üzrə olacaq.

Qiraət yarışması bütün təcvid qaydaları riayət olunmaqla və gözəl avazla oxunmaqla icra edilməlidir.

Hifz yarışması Müqəddəs Qurani-Kərimin 30-cu cüzündən olacaq.Təfsir müsabiqəsinə qatılmaq istəyənlər “Məaric” surəsindən hazırlaşmalıdırlar.

Müsabiqəni Quransevərlər Dini İcmasının münsiflər heyəti idarə edir. Münsiflər heyəti Azərbaycanın tanınmış Quran müəllim və mütəxəssislərindən ibarətdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm