Qırmızı.az
Bakı Funikulyoru artıq fasiləsiz işləyəcək
Bakı Funikulyoru bu gün yenidən
istifadəyə verilib. 2012-ci ildə əsaslı təmir olunaraq istifadəyə
verilən Bakı Funikulyoru iki həftəyə yaxın idi ki, fəaliyyətini
dayandırmışdı. Funiklyor işçiləri bildirilib ki, xidmətin
dayandırılmasına səbəb texniki nasazlıq olub. Deyilənlərə görə,
texniki nasazlığı aradan qaldırmaq üçün tələb olunan avadanlıq
xaricdən sifariş olunub. Məhz həmin detalın Bakıya gəlməsi bir
müddət tələb edib. Bu səbəbdən də, funikulyor həmin müddətdə qapalı
qalıb.
Bakı Funikulyoru əməkdaşları bildiriblər ki, artıq
onlar fasiləsiz işləyəcəklər. İndi Funikulyorun əsas istifadəçiləri
xarici turistlərdir.
Qeyd edək ki, Bakı Funikulyoru 1960-cı ildə Əliş
Ləmbəranskinin təşəbbüsü ilə tikilərək 1960-ci ildə mayın 5-də
istifadəyə verilib. Sovet dövründə Bakı Funikulyorunun qatarları
xüsusi sifarişlə Xarkov şəhərində hazırlanaraq paytaxımıza
gətirilib. Funikulyorun 2 “Bəhram Gur” və “Şəhidlər Xiyabanı”
stansiyaları fəaliyyətdədir.
Stansiyalar arası məsafə 455 metrdir. Vaqonlar
saniyədə 2,5 metr sürətlə hərəkət edərək 4 dəqiqə ərzində 1
stansiyadan digərinə çatmaq üçün 455 metr yol qət edir.
Vaqonlararası interval 10 dəqiqədir. Funikulyorda gediş
pulsuzdur.
Sonuncu dəfə 23 may 2012-ci ildə əsaslı təmir və
yenidənqurmadan sonra bir daha istifadəyə verilən funikulyorun
açılışında Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban
Əliyeva da iştrak ediblər.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!