Qırmızı.az
İntihara cəhd - Yenilənir
17.01
Özünü 20 mərtəbəli binanın damından atmaq istəyən Əmircan
sakinin bu addımının səbəbini həmin şəxsin anası Milli.Az-a
danışıb.
Məlum olub ki, həmin adamın evindən bir müddət əvvəl oğurluq
ediblər. Zərərçəkən onun evini qarət edənlə hansısa yolla telefon
əlaqəsi yaradıb və onun səsini yazıb.
Həmin səs yazısını Suraxanı rayon Polis İdarəsinin müstəntiqinə
təqdim edib.
Aldığı cavab isə onu pərişan edib və intihar barədə qərarı üçün
əsas olub.
Belə ki, müstəntiq ona irad tutub ki "sən kimsən ki, insanların
səsini yazırsan".
Məhz buna etiraz olaraq Əmircan sakini indi binanın damından özünü
atmaq istəyir.
İntihar etmək istəyən Suraxanı rayon sakininin adı
Əlibabadır.
Bir müddət öncə Əlibaba FHN əməkdaşları tərəfindən xilas edilərək,
aidiyyəti polis bölməsinə təhvil verilib.
Özünü atmaq istəyən şəxi bu əməlindən azyaşlı qızı
daşındırıb.
Əməliyyatçılar Əlibabanın qızını dama qaldırmaqla onu özünü öldürmək fikrindən döndəriblər.
Onu da əlavə edək ki, Suraxanı rayon sakininin binanın damına
çıxmasına səbəb olan müstəntiqin adı Azərdir. O qeyd etdiyimiz ki,
Suraxanı rayon Polis İdarəsində çalışır.
Bakının Bakıxanov qəsəbəsində bir gənc
özünü öldürmək məqsədi ilə yaşayış binasının damına
çıxıb.
Milli.az-ın hadisə yerində olan əməkdaşının
verdiyi məlumata görə, qəsəbənin Yavər Əliyev küçəsində yerləşən
"Uğur 2" yaşayış kompleksində oğlan intihar etmək məqsədi ilə
binanın damına çıxıb.
Gənc özünü 20-ci mərtəbəli binanın damından atmaq
niyyətindədir. Onun Əmircan qəsəbə sakini olduğu
deyilir.
Hazırda FHN-nin xilasetmə qüvvələri hadisə yerində
iş aparır, intihara cəhdin qarşısını almağa
çalışırlar.
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom