Samuxda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib
Bizi izləyin

Qırmızı.az

Samuxda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib

Samuxda müxtəlif vaxtlarda oğurluq edən 3 nəfər şübhəli şəxs kimi saxlanılıb.

Samuxda müxtəlif vaxtlarda oğurluq edən 3 nəfər şübhəli şəxs kimi saxlanılıb.

Bu barədə məlumatı Samux rayon Polis Şöbəsindən veriblər. Məlumata görə dəstə üzvləri son bir neçə ay əzrində Samuxun Qarayeri, Zazalı kəndləri ilə yanaşı ətraf şəhər və rayonlarda, eləcə də paytaxt Bakıda silsilə oğurluqlar törətməkdə şübhəli bilinir. Polis əməkdaşlarının keçirtdikləri əməliyyat axtarış tədbirləri nəticəsində dəstə üzvlərindən Mingəçevir sakinləri 22 yaşlı Kamil Əliyev və 21 yaşlı Emin Həsənov, həmçinin Samux rayon sakini 20 yaşlı Allahverdi Yusibov saxlanılıb. Onların evlərinə baxış zamanı mağazalardan oğurlanan malların bir qismimaddi sübut kimi götürülüb. Məlumata görə saxlanılan şəxslərdən Kamal Əliyev və Emin Həsənov əvvəllər oğurluq etdiklərinə görə bir dəfə məhkumluq həyatı yaşayıblar.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır. /Gun.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm