• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Novruz Məmmədov: İlham Əliyevin AŞPA-da etdiyi çıxışı beynəlxalq münasibətlərdə çox mühüm bir hadisə oldu

Novruz Məmmədov: İlham Əliyevin AŞPA-da etdiyi çıxışı beynəlxalq münasibətlərdə çox mühüm bir hadisə oldu

"Azərbaycan Prezidenti İlham Əliyevin Strasburqda, AŞPA-da etdiyi çıxışı beynəlxalq münasibətlərdə çox mühüm bir hadisə oldu. Azərbaycanın xarici siyasətində bu ilin ən böyük uğuru hesab olunur". Bunu Prezident Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədov ANS-ə müsahibəsində deyib.

N. Məmmədov vurğulayıb ki, Azərbayan prezidenti çıxışı ilə beynəlxalq birliyə, beynəlxalq ictimaiyyətə, xüsusilə də Avropa ictimaiyyətinə və Avropa dövlətlərinə beynəlxalq münasibətlərdə əməkdaşlıq prinsiplərini açıq-aydın çatdırıb. Bu istiqamətdə Azərbaycanın mövqeyini açıqlayıb.

“Azərbaycan prezidenti Avropa ictimayyətini təəcübləndirdi. Digər tərəfdən isə Azərbaycan xalqı üçün bir nümunə oldu ki, mən sizin arxanızda dayanmışam.”

Xəbər lenti

DAHA ÇOX XƏBƏR