Yayılan görüntülərə görə Nəqliyyat Nazirliyi araşdırmaya başladı
Bizi izləyin

Qırmızı.az

Yayılan görüntülərə görə Nəqliyyat Nazirliyi araşdırmaya başladı

214 saylı avtobusun sürücüsü maşını qapısı açıq şəkildə idarə edib.

ANS TV- nin məlumatına görə, Neftçilər metrosunun qarşısından Ramana südçülük savxozuna işləyən 214 saylı marşrut qapısı açıq şəkildə yoluna davam edir.

Sosial şəbəkələrdə yer alan bu görüntülərdən də göründüyü kimi sürücü maşını, sanki heç nə olmamış kimi idarə edir. Elə bu avtobusa minərək qapıdan asılı qalan sərnişinlər də. Sanki elə belə də olmalıdır.

Yayılan görüntülərlə tanış olan Nəqliyyat Nazirliyinin əməkdaşları da artıq araşdırmaya başlayıb. Bu barədə ANS -ə məlumat verən Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Namiq Həsənov qapısı açıq şəkildə avtobusu idarə edən sürücünün qanunları kobud şəkildə pozduğunu bildirdiyini dedi. O bildirdi ki sürücü müəyyən olunaraq cəzalandırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm