Daxili işlər naziri Azərbaycana dəvət edildi
Bizi izləyin

Qırmızı.az

Daxili işlər naziri Azərbaycana dəvət edildi

Millət vəkili Qənirə Paşayeva Fransada İslandiyanın daxılı işlər naziri xanım Hanna Birna Kristjansdottir ilə görüşüb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycanın İslandiya ilə bütün istiqamətlərdə əlaqələrin inkişafına böyük önəm verdiyini deyib. Azərbaycan ilə İslandiya arasında əməkdaşlığın getdikcə inkişaf etdiyini deyən millət vəkili bu əməkdaşlığın hər iki dövlətin təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində də getdikcə güclənməsinin vacibliyinə toxunub. Azərbaycanın İslandiya ilə bütün istiqamətlərdə münasibətlərin daha da genişləndirilməsində maraqlı olduğunu deyən Q.Paşayeva eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma evlərindən qovulan 1 milyon azərbaycanlının məcburi köçkün həyatı yaşamağa məcbur olması barədə məlumat verib və Azərbaycan həqiqətlərini, ermənilərin dinc azərbaycanlılara qarşı 20-ci əsrin əvvələrində və sonlarında törətdiyi soyqırımları, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən “Azərbaycan Həqiqətləri” filmləri kataloqunu və materialları xanım nazirə təqdim edib. Ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu deyən İslandıyanın daxili işlər naziri xanım Hanna Birna Kristjansdottir millət vəkilinin Azərbaycana dəvətinə isə Azərbaycanı yaxından görməkdən məmunluq duyacağını deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm