Cəbhə bölgəsində jurnalistlər saxlanıldı - VIDEO
Bizi izləyin

Qırmızı.az

Cəbhə bölgəsində jurnalistlər saxlanıldı - VIDEO

Xəzər Televiziyasının əməkdaşları cəbhə kəndində çəkiliş aparan zaman saxlanılıb.

Xəzər Televiziyasının əməkdaşları cəbhə kəndində çəkiliş aparan zaman saxlanılıb.

Televiziyanın Qarabağ üzrə bölgə müxbiri Şamxal Cəliloğlu və operator Fəzail Səfərov son günlər atəşkəsin tez-tez pozulduğu Tərtərin Qapanlı kəndində reportaj hazırlayarkən Azərbaycan Milli Ordusunun zabitləri çəkiliş aparmağa imkan verməyib.

Jurnalistlərə kobudluq göstərib, kimliyini bildirməyən Milli Ordunun zabitləri zorla televiziyaya məxsus kameranı və xidməti vəsiqələri alaraq hərbi hissənin qərargahına aparıblar. Daha sonra əraziyə polis əməkdaşları çağırılıb. Telejurnalistlər Tərtər rayon polis şöbəsinə aparılıb. Burada jurnalistlərdən izahat alındıqdan sonra sərbəst buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm