• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Rusiyadan Azərbaycana böyük jest

Rusiyadan Azərbaycana böyük jest

Rusiyanın Ulyanovsk şəhərində Xalqlar Dostluğu parkının Azərbaycana aid hissəsinin açılışı keçirilib.
Rusiyadakı Azərbaycan diasporundan Publika.az-a verilən məlumata görə, açılışda Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov iştirak edib.

Qeyd edək ki, 1972 ci ildə əsası qoyulan park SSRİ dağıldıqdan sonra uzun müddət baxımsız vəziyyətdə qalıb. Son illər parkın bərpası məsələsi aktuallaşıb və Ulyanovsk Qubernatoru Sergey Morozovun Azərbaycana səfəri zamanı bu məsələ Azərbaycan rəhbərliyi ilə müzakirə edilibdir.
Bu mövzuya ÜAK-ın Ulyanovsk üzrə regional bölməsi də vətəndaş mövqeyini bildirib, parkın Azərbaycana aid hissəsində restavrasiya işlərini öz üzərinə götürərək qısa müddət ərzində parkın milli sektorunu abadlaşdırıbdır. Açılış zamanı ÜAK-ın Ulyanovsk üzrə regional bölməsinin sədri İslam Hüseynov görülən işlər haqda quberantora məruzə edib, bildirib ki, parkın Azərbayacan aid hissəsi Azərbaycan diasporu təşkilatının daima nəzərində olacaqdır.
Qubernator Sergey Morozov Azərbaycan diasporunu yerli hakimiyyətin çağırışına səs verən və gerçək iş görən nümunəvi diaspor adlandırıbdır.

Parkın Azərbaycana aid hissəsindəki monumentdə Azərbaycanın milli lideri Heydər Əliyevin Rusiya və Azərbaycan münasibətləri ilə bağlı fikirləri həkk olunub.
Nizami Gəncəvinin barelyefi, onun Xəmsəsindən bir parça, Nəriman Nərimanovdan Rusiya Azərbaycan münasibətləri haqda məşhur sitat və milli rəqqasları əks etdirən nişanədə monumetin mərkəzində yer alıb.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR