İvan Oxlobıstin: Qoy öz çevrələrində yaşasın
Bizi izləyin

Qırmızı.az

İvan Oxlobıstin: Qoy öz çevrələrində yaşasın

Rusiyanın populyar aktyoru İvan Oxlobıstin homoseksualların ünvanına bir neçə sərt söz işlədib.

ANS PRESS-in məlumatına görə, o, media işçiləri ilə söhbətində deyib: “Mən homseksuallara qarşı… Tfu... Mən homseksuallara qarşıyam, amma onları təqib eləməyin tərəfdarı deyiləm. Onları görməməyin tərəfdarıyam. Qoy öz çevrələrində yaşasın. Elton Con yaşayır, qoy yaşasın”.

Aktyor hesab edir ki, homoseksualları tibbi yolla müalicə etmək olar. “Bu, xəstəlikdir. Onu iynələrlə müalicə etmək olar. Əgər müalicə olunmaq istəmirlərsə, qoy camaatın arasında görünməsinlər. Bizə homoseksual uşaqlar lazım deyil”, - deyə İvan Oxlobıstin bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm