Bir avtomobil qohumlar arasında ədavətə səbəb oldu (VİDEO)
Bizi izləyin

Qırmızı.az

Bir avtomobil qohumlar arasında ədavətə səbəb oldu (VİDEO)

Avtomobil alışı heç də qohumlar üçün yaxşı nəticələnməyib.

ANS TV-nin məlumatına görə, bir avtomobil qohumları bir-birinə vurub. Paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 81 ünvanında yaşayan Asim Muradov avtomobil məsələsi üzündən qohumlarla üz-göz olub. O, deyir ki, 2012-ci ildə qohumu Mətanət Əliyeva “Nissan” markalı avtomobili kreditlə almalı olub. Asim paytaxtda qeydiyyatda olduğundan ona qohumu tərəfindən zamin durmaq təklifi gəlib. Məhz atasının yaxınlarının könlünü qırmamaq üçün də Asim Mətanət Əliyevaya zamin durub. Ancaq bir-iki ildən sonra bankdan xəbər gəlib ki, alınan “Nissan” markalı avtomaşının krediti ödənilməyib və onu məhkəməyə dəvət ediblər. Ancaq Asim Muradovun sözlərinə görə, onun bu proseslərdən heç xəbəri olmayıb.

Mətanət Əliyeva bütün olanlara aydınlıq gətirməyə çalışdı. Məlum oldu ki, avtomaşın 2013-cü ildə Ceyhun Mirzəyevə satılıb. Krediti də məhz onun gecikdirdiyini iddia etdi.

Ceyhun Mirzəyev isə avtomobili etibarnamə ilə başqa bir şəxsə satdığını bildirdi. Amma Mətanət xanım Ceyhun Mirzəyevə verdiyi etibarnaməni ləğv etdirdiyini idda edir. Bankdan bildirdilər ki, hər iki ünvana xəbardarlıq göndərilib.

Asim Muradov isə zaminlik müqaviləsinə qol çəkdikdən sonra yaşadığı ünvanı dəyişib və bu barədə banka məlumat verməyib. Baxmayaraq ki, bu, maddə zaminlik müqaviləsində öz əksini tapıb.

Hüquqşünas Tahir Əlirzayev vurğuladı ki, istənilən halda avtomobili son alan şəxs bu işdən daha çox ziyan görəcək.

"Yaxşı olar ki, o maşını banka təhvil versin. İkinci halda isə bank öz maraqları çərçivəsində məsələni uzatmaqla, yəni zamin və maşın sahibinə vaxtında məlumat vermədiyindən işi bir azda qəlizləşdirib. Qaldı ki, zamin istənilən vaxt kredit götürən şəxsə və ya banka məhkəmədə iddia qaldıra bilər", - deyə hüquqşünas bildirdi.

Hüquqşünas onu da dedi ki, indi maşın kimin adınadırsa, o, şəxs istənilən vaxt tam hüquqla avtomobilini tələb edib, banka təhvil verə bilər. Bununla da heç olmasa, borcun miqdarını azaltmış olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm