Qırmızı.az
5 yaşlı uşağı maşın vurdu
Ötən gün saat 12 radələrində Göyçayda xəsarətlə
nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi xəbərə görə,
rayonun Mırtı kənd sakini 5 yaşlı Mədinə İsayeva valideynləri ilə
birgə kəndin girişindəki Şirali Hacıyevə məxsus ərzaq və geyim
dükanına gedərkən qəflətən bədbəxt hadisə ilə üzləşib. Belə ki,
azyaşlı uşaq valideynlərini gözləmədən yolun sağ tərəfində dayanan
dayısının avtomobilinə tərəf gedərkən qəflətən qarşıdan keçən
“VAZ-2106” markalı minik avtomobili ilə vurulub.
Valideynlərinin verdiyi məlumata görə həmin
avtomobilin sahibi rayonun Bəydövül kənd sakini Hacıağa Xudiyevdir.
Göyçay istiqamətindən gələn sürücü kəndə qohumlarıgilə gəlirmiş.
Sürətlə hərəkət edən sürücü qəfildən qarşısına çıxan qızı görəndə
maşını saxlaya bilməyib.
Maşın azyaşlıya sürətlə çırpıldığından bədənində
sıyrılma və cızılmalar aşkarlanan qızın başı və alnı da partlayıb.
Yaralı dərhal Göyçay rayon Təcili və Təxirəsalınmaz tibbi yardımın
köməkliyi ilə rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanadan
verilən məlumata görə uşağın alın və baş nahiyəsinə tikiş vurulub
və lazımı tibbi yardım göstərilib.
Hazırda yaralının vəziyyəti orta ağırdır.Hadisənin
baş vermə səbəbinə gəldikdə isə bu, həm valideyn səhlənkarlığı, həm
də sürücünün sürət həddini aşması ilə əlaqələndirilir.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!