Orucluq insanları paklığa, xeyirxahlığa və dözümlülüyə dəvət edir- Video
Bizi izləyin

Qırmızı.az

Orucluq insanları paklığa, xeyirxahlığa və dözümlülüyə dəvət edir- Video

Qafqaz müsəlmanlarının Qazilər Şurası iyunun 29-da Ramazan ayının başlayacağına dair fətva versə də ehtiyat üçün möminlərə adət üzrə bir gün əvvəl sonradan qəza etməmək üçün oruc tutmaq məsləhətini görür.

ANS TV-nin məlumatına görə, müqəddəs Quran kitabında adıçəkilən yeganə ay, 11 ayın sultanı adlandırılan Ramazan ayının başlanmasına çox az bir vaxt qaldı. Məhz bu ayda müqəddəs Quran kitabı nazil olunduğuna görə, bu ayda oruc tutmağın fəziləti başqadır. Uca yaradan Ramazan ayında insanların günahlarını bağışlar, cənnətin qapılarını onların üzünə açar. Quranda buyrulur ki, kim ki, bu aya yetişibsə, deməli oruc tutmalıdır. Ramazan ayının başlaması ayın görünməsindən asılıdır. Əgər ayın görünməsi gec saatlarda baş veribsə, kimsə bundan xəbərsiz olub oruc tutmayıbsa, o zaman sonradan qəza orucu tutmaq istəməyənlər ehtiyat üçün bir gün əvvəl oruca başlamaq olar.

Hər bir insan əgər onun fiziki imkanları buna imkan verirsə, mütləq oruc tutmalıdır. Amma hamilə xanımların, yaşlı və xəstə insanların, səyahətdə olanların, uşaqların oruc tutmaması qəbul olunandı. Amma sonradan məcburi hal sona çatdıqdan sonra qəza orucu tutulmalıdır.

Oruc tutmaq sübh azanından, axşam azanına kimi ac qalmaq deməkdir. İnsan özünü yeməkdən, içməkdən, siqaretdən uzaq tutmalıdır. Pis sözlər danışmamalı, qiybət etməməli, naməhrəm olan şeylərə baxmamalıdır. Oruc tutan insan heç olmasa, bir ay ərzində imkanı olduğu halda kasıblara kömək etməli, sahib olduqlarına görə onu yaradana dua etməli, bacardıqca dini kitablar oxumalıdır.

Ramazan ayı isti mövsümə düşdüyündən oruc tutan insanlarda müəyyən çətinliklərin yaranacağı istisna edilmir. Hər bir kəs susuzluq gətirən ərzaqlardan çəkinməlidir. Amma heç bir halda isti yay oruc tutmamaq üçün bəhanə olmamalıdır.

Ümumilikdə, bu ay, insanların maddiyyətdən uzaqlaşıb, mənəviyyata üz tutduğu bir aydır. Orucluq insanları paklığa, xeyirxahlığa dəvət edir. Onların öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir. Allah Ramazan ayında bizi sınağa çəkdiyi kimi, bizim də bu ayda nəfsimizi sınağa çəkməyimizin vaxtıdır. Gəlin, heç olmasa, bir ay biz nəfsimizin yox, nəfsimiz bizim qulumuza çevrilsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm