TQDK Lənkəranda VI sinif “Riyaziyyat” dərsliyinin müzakirəsini keçirib
Bizi izləyin

Qırmızı.az

TQDK Lənkəranda VI sinif “Riyaziyyat” dərsliyinin müzakirəsini keçirib

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Lənkəran şəhərində 4 saylı Lənkəran Şəhər Humanitar təmayüllü məktəb-liseyin akt zalında yeni təhsil proqramı əsasında hazırlanmış 6-cı sinif “Riyaziyyat” dərslik komplektinin müzakirəsi keçirilib.

Müzakirədə Cənub bölgəsini əhatə edən Lənkəran, Masallı, Lerik, Astara, Cəlilabad, Yardımlı və Biləsuvar rayonlarının tam orta məktəblərinin müvafiq fənn müəllimləri və metodistləri iştirak ediblər.

İclası TQDK-nın Lənkəran regional bölməsinin müdiri Əbdüləhəd Bağırov açaraq tədbirin mövzusu haqqında iştirakçılara ətraflı məlumat verdi. Sonra TQDK-nın şöbə müdiri Afiqə Batıyeva ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi və TQDK ilə Təhsil Nazirliyinin birgə layihəsi olan “Dərslik portalı”nın mahiyyəti haqqında ətraflı söhbət açdı. Bildirdi ki, bu layihə müəllimlərə yeni dərslik komplektinin müzakirəsi üçün əlverişli şərait yaradacaq.

Müzakirədə həmçinin TQDK-nın riyaziyyat fənni üzrə ekspertləri, Bakı şəhər 313 və 82 nömrəli tam orta məktəblərinin müəllimləri çıxış edərək,“Riyaziyyat” dərslik komplektinin monitorinqi barədə məlumat verdilər. Ardınca dərslik komplektinin tədrisi, birinci yarımildə nəzərdə tutulmuş hissəsinə dair rəy təqdim edildi. Daha sonra regiondan olan digər müəllimlər də dərsliklərin regionlarda müzakirəsinin vacibliyini qeyd edərək , “Dərslik portalı”nın yaradılmasını müsbət amil kimi qiymətləndirdilər. Sonra region müəllmlərinin bu sahədə təklifləri dinlənildi. Qeyd edək ki, yanvarın 26-da yeni təhsil proqramları əsasında hazırlanmış 6-cı sinif komplektləri üzrə biologiya fənninin müzakirəsi aparılacaq. /Gun.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm