.jpg)
Azərbaycanda internet bələdiyyə sistemi
hazırlanacaqdır.
Rabitə və Yüksək Tenologiyalar Nazirliyinin mətbuat xidmətindən
bildirmişlər ki, artıq ilin əvvəlindən bələdiyyələrin vergi
informasiya sistemi avtomatlaşdırılmışdır. İlkin mərhələ olaraq
Binəqədi, Biləcəri, Rəsulzadə, Xocasən, Sumqayıt, Saray və Şəmkir
bələdiyyələrində yerli ödəyicilərin elektron uçotunun tətbiqi üzrə
pilot layihəyə başlanılmışdır.
Layihədə vergi ödəyicilərinin uçota alınması və mərkəzləşdirilməsi,
eyniləşdirilmiş nömrələrin və şəhadətnamələrin verilməsi nəzərdə
tutulur. Bu şəhadətnamələr vasitəsilə vergi ödəyiciləri bələdiyyə
idarələrinə getmədən bank vasitəsi ilə ödəmə həyata
keçirəcəklər.
Layihə başa çatdıqdan sonra bələdiyyələr uçot, bəyannamələr,
yoxlamalar və s. kimi işlərini avtomatlaşdırılmış şəkildə həyata
keçirəcəklər.
AzərTAc