“Bakı Ağ Şəhər”in mərkəzi biznes rayonunda 390 min kvadratmetr yeni ərazi tikiləcək
Bizi izləyin

Qırmızı.az

“Bakı Ağ Şəhər”in mərkəzi biznes rayonunda 390 min kvadratmetr yeni ərazi tikiləcək

Mərkəzi biznes rayonu “Bakı Ağ Şəhər”in yüksək hissəsində yerləşərək, Bakı buxtasına panoram görünüşü olan on bir göydələn qrupunu əhatə edir.

“Bakı Ağ Şəhər”in mətbuat xidmətindən bildirmişlər ki, bu işgüzar məkan layihəyə daxil olan bütün rayonlardan eyni məsafədə yerləşəcəkdir. Burada, həmçinin yeni metro stansiyasının giriş-çıxışı olacaqdır.
Layihəyə əsasən 9,2 hektar ərazidə salınacaq mərkəzi biznes rayonunda ümumilikdə 390 min kvadratmetr tikinti işləri aparılacaqdır. Bunun 237 min 900 kvadratmetri yaşayış, 85 min 800 kvadratmetri ofis, 66 min 300 kvadratmetri isə ticarət sahəsi kimi nəzərdə tutulur.

Rayon ərazisində 6 min avtomobil üçün dayanacaq yeri ayrılması da planlaşdırılıb. /AzərTAc/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm