Hərbçilərin olduğu maşın qəzaya düşdü: 1 ölü, 4 yaralı
Bizi izləyin

Qırmızı.az

Hərbçilərin olduğu maşın qəzaya düşdü: 1 ölü, 4 yaralı

Ötən gecə Bakı-Qazax magistral yolunun 418-ci km-də, Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində ağır yol qəza hadisəsi baş verib.


Kəpəz TV xəbər verir ki, içərisində hərbçilərin olduğu BMW markalı avtomobillə "VAZ 2107" markalı avtomobil toqquşub. Qəza zamanı "VAZ-2107"nin sürücüsü, 63 yaşlı Allahverən Həsənov hadisə yerindəcə dünyasını dəyişib. Digər avtomobildə olan 3 hərbçi - 26 yaşlı Səxavət Məmmədov, 33 yaşlı Zaur Cəfərov, 29 yaşlı Rüfət Həsənov, eləcə də mülki şəxslərdən 64 yaşlı Nizami Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Yaralılar dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlkin tibbi yardımdan sonra hərbçilər hərbi hospitala köçürülüblər. Mülki şəxsin isə müalicəsi davam etdirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Yol qəzası ilə bağlı Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 412-ci kilometrliyində, Şəmkir rayonu ərazisində "VAZ" və "BMW" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilində olan sərnişin aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən "VAZ" markalı minik avtomobildə sıxılmış vəziyyətdə qalmış meyit və xəsarət almış sürücü müxtəlif avadanlıqlardan istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm