Aeroport yolu təmirə bağlanır
Bizi izləyin

Qırmızı.az

Aeroport yolu təmirə bağlanır

Bu gün Aeroport şosesinin bir hissəsində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.


Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, Aeroport şosesinin Heydər Əliyev Beynəlxalq Hava Limanından "Buta Palace"-a qədər olan hissəsində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri ilə əlaqədar avtomobillərin hərəkəti bu gün saat 11:00-dan qismən məhdudlaşdırılacaq.


"Buta Palace"-dan Sabunçu Yol Qovşağına qədər olan hissədə isə analoji işlərlə əlaqədar avtomobillərin hərəkəti eyni vaxtdan tam məhdudlaşdırılacaq.


Təmir işlərinin bu gün saat 17:00-18:00-a qədər başa çatdırılması nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm