Sinoptiklərdən xəbərdarlıq: şiddətli külək olacaq
Bizi izləyin

Qırmızı.az

Sinoptiklərdən xəbərdarlıq: şiddətli külək olacaq

Azərbaycan sinoptikləri iyunun 28-dən Azərbaycan ərazisində hava şəraitinin dəyişəcəyinin, güclü küləyin əsəcəyi barədə xəbərdarlıq edir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Publika.az-a bildirib ki, iyunun 28-dən 29-na keçən gecədən başlayaraq Bakıda və Azərbaycanın bəzi yerlərində güclü külək müşahidə olunacaq, havanın temperaturu enəcək.


Onun sözlərinə görə, şimal küləyi iyunun 29-u, 30-u daha da şiddətlənəcək. Şiddətli külək iyulun 1-i gündüz mülayimləşəcək.


U.Tağıyeva bildirib ki, güclü küləklə əlaqədar dövlət qurumlarına xəbərdarlıq edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm