Qənirə Paşayeva islandiyalı nazirlə Qarabağ həqiqətlərindən danışıb
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva islandiyalı nazirlə Qarabağ həqiqətlərindən danışıb

Millət vəkili Qənirə Paşayeva Fransada Islandiyanın Daxılı Işlər Nazırı xanım Hanna Birna Kristjansdottir ilə görüşüb.

Görüşdən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycanın İslandiya ilə bütün istiqamətlərdə əlaqələrin inkişafına böyük önəm verdiyini deyib.

Azərbaycanla İslandiya arasında əməkdaşlığın getdikcə inkişaf etdiyini deyən millət vəkili bu əməkdaşlığın hər iki dövlətin təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində də getdikcə güclənməsinin vacibliyinə toxunub.

Azərbaycanın İslandiya ilə bütün istiqamətlərdə münasibətlərin daha da genişləndirilməsində maraqlı olduğunu deyən Q.Paşayeva, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma evlərindən qovulan 1 milyon azərbaycanlının məcburi köçkün həyatı yaşamağa məcbur olması barədə məlumat verib və Azərbaycan həqiqətlərini, ermənilərin dinc azərbaycanlılara qarşı 20-ci əsrin əvvələrində və sonlarında törətdiyi soyqırımları, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdriən “Azərbaycan Həqiqətləri” filmləri kataloqunu və materialları xanım nazirə təqdim edib.

Ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu deyənIslandıyanın daxili işlər naziri xanım Hanna Birna Kristjansdottir millət vəkilinin Azərbaycana dəvətinə isə, Azərbaycanı yaxından görməkdən məmunluq duyacağını deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm