127 şagird imtahana buraxılmayacaq
Bizi izləyin

Qırmızı.az

127 şagird imtahana buraxılmayacaq

Məleykə Abbaszadə buraxılış imtahanlarının ümumi nəticəsini qiymətləndirib.

AzVision.az-ın məlumatına görə o, jurnalistlərə açıqlamasında bildirib ki, ümumi nəticələrdə ötən illə müqayisədə irəliləyiş var:

“Buraxılış imtahanlarından iyunun 29-da baş tutacaq son imtahanda cəmi 5426 nəfər iştirak edəcək. Onlardan üzrlü səbəblərdən imtahanda iştirak etməyəcək şagirdlərin sayı cəmi 127 nəfərdir . Ona görə bu ümumi nəticələrə ciddi təsir etməyəcək. Biz müqayisə edəndə uşaqların ümumi balını götürürük. 2013-cü ildə bu, 25 bal idisə, 2014-cü ildə isə 25,94 bal, yəni 26 olub. Fərq 0,94-dür. Bu, müəyyən qədər irəliləyişdir”.


M.Abbaszadə vurğulayıb ki, həmin şagirdlər 2003-cü ildə birinci sinfə gedib 2012-ci ildə ilk dəfə buraxılış imtahanında iştirak edənlərdir. İndi isə 1- ci sinfin imtahanında iştirak edəcəklər: “Müvəffəq qiymət alanları müqayisə etsək, görərik ki, 2013-cü ildə onların sayı 58,41 %, 2014-də isə 62,15%-dir. Bu, 9-cu sinif şagirldərinin nəticələrinə əsasən hesablanmış statistikadır. Mən buna sıçrayış demirəm, amma irəliləyişdir”.


11-ci sinfin statistikası barədə isə M.Abbaszadə bunları deyib: “Bal üzrə fərq 1,81%-dir. Müvəffəq qiymət alanların sayı 2013-də isə 72,14%, 2014-cü ildə 74,19% olub. Burada isə fərq təxminən 2%-dir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm