Bu gecə bir neçə yanğın hadisəsi baş verib
Bizi izləyin

Qırmızı.az

Bu gecə bir neçə yanğın hadisəsi baş verib

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərriki və şiti yanıb

Bu gecə bir neçə yanğın hadisəsi qeydə alınıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərriki və şiti yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin Beyləqan şəhərində vətəndaşa məxsus həyətyanı sahədə tikilimiş ümumi sahəsi 10 kv.m olan hamamın yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 07:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm