Əli Həsənov Prezidentin AŞPA-dakı çıxışından DANIŞDI (YENİLƏNDİ)
Bizi izləyin

Qırmızı.az

Əli Həsənov Prezidentin AŞPA-dakı çıxışından DANIŞDI (YENİLƏNDİ)

Publika.az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "İrəli" İctimai Birliyinin bu gün keçirilən IV hesabat-seçki konfransında çıxış edib.

Onun sözlərinə görə, hər bir gəncin borcu daxili, xarici təqiblərdən, təhdidlərdən, bizə qarşı yönələn təzyiqlərdən qorunma işində öz çiyinlərini bu yükün altına vermək və ölkəmizə sahib çıxmaqdır:

"Bu gün "İrəli" İctimai Birliyinin növbəti hesabat-seçki konfransıdır. Bu o deməkdir ki, birlik ötən 2 illik dövrə yekun vurmaq və onu qiymətləndirməklə yanaşı, eyni zamanda, rəhbər strukturlarını yeniləyir. İctimai birlikdə belə bir ənənənin qorunub saxlanması, daima yenilənmənin aparılması müsbət haldır. Fürsətdən istifadə edib, yeni seçiləcək Birlik rəhbərliyinə uğurlar arzu edirəm".

13:37

"Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl Strasburqda, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında iştirakı və çıxışı bir daha təsdiq etdi ki, Azərbaycanın daxili və xarici siyasətinə təsir etmək, onu idarə etmək cəhdləri səmərəsizdir və heç bir nəticə verməyəcək".

Publika.az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "İrəli" İctimai Birliyinin bu gün keçirilən IV hesabat-seçki konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti qlobal düşüncə tərzi, dəmir iradəsi və məntiqi, müstəqil və analitik mühakimə qabiliyyəti, prinsipiallığı və qətiyyəti ilə bir daha bu qüvvələrə göstərdi ki, Azərbaycan istənilən təzyiq və təhdid cəhdinə layiqli cavab vermək iqtidarındadı:

"Bu, Azərbaycan gəncliyi üçün də bir nümunədir. Azərbaycan gəncliyi prezidenti ətrafında sıx birləşməli, milli təəssübkeşlik, vətənpərvərlik nümunəsi ortaya qoymalı, onu öz təsiri altına salaraq, şəbəkələşdirərək milli dövlətçiliyimizə qarşı yönəltməyə çalışan xarici qüvvələrə və onların buradakı vassallarına dirəniş göstərməyi və layiqli cavab verməyi bacarmalıdır."

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm