• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bəy toyunda bıçaqlandı - TƏFƏRRÜAT

Bəy toyunda bıçaqlandı - TƏFƏRRÜAT

Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.

1992-ci il təvəllüdlü Məhyəddinov Elnur Faiq oğlu özünün toy mərasimində dəvət etdiyi qonağı tərəfindən bıçaqlanıb. Bu barədə Publika.az-a Qobustan rayon polis idarəsinin müstəntiqi Vüsal Zahidli məlumat verib.

Onun sözlərinə görə, E.Məhyədddinovla Müşfiqabad qəsəbəsindən gəlmiş qonaq İsmət Bəkirovla aralarında mübahidə olub. Tərəflər toyxanadan kənara çəkiliblər və dava baş verib.

“Hadisə axşam 23:00 radələrində baş verib. İsmət Elnurun çiyninə vuraraq çölə çağırıb. Dava toyxanadan 5-6 metr kənarda baş verib. Davada bir neçə nəfər olsa da, İsmətin üzərində bıçaq olub və o, Elnurun bud nahiyəsindən xəsarət yetirib. İ.Bəkirov hadisəni qəsdlə törətmədiyini, Elnuru söyüş söydüyünə görə bu addımı atdığını deyib. Qarşı tərəf E.Məhyəddinov isə bu iddianı qəbul etmir. E.Məhyəddinovun ayağına tikiş qoyulub və evə buraxılıb. Hadisə zamanı tərəflərin hər ikisi içkili olub”.

Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq (221.3-cü) maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR