İmtahandan çıxan 14 yaşlı Ayşə qaçırıldı - VİDEO - FOTO
Bizi izləyin

Qırmızı.az

İmtahandan çıxan 14 yaşlı Ayşə qaçırıldı - VİDEO - FOTO

İmtahandan çıxan 14 yaşlı qız zorla qaçırılıb.

Teleqraf.com-un Qarabağ bölgəsi üzrə əməkdaşının verdiyi xəbərə görə, hadisə Bərdə rayonunda baş verib. Bu barədə əməkdaşımıza azyaşlı qızın atası bildirib.

Qaçırılan Nəsirzadə Ayşə Duman qızı 1999-cu il təvəllüdlüdür. O, Gərənə kənd orta məktəbindən9 illik buraxılış imtahanını vermək üçün bu ayın 18-də Bərdə rayonu 8 saylı orta məktəbdə TQDK tərəfindən keçirilən buraxılış imtahanına aparılıb. Lakin günorta hamı gəlsə də, onun qızı gəlməyib. Qızını onu aparan müəllimədən soruşan ataya bildirilib ki, Ayşəni məktəbin qarşısında zorla avtomobilə basaraq aparıblar. Valideyinin bildirdiyinə görə, bu barədə Bərdə rayon polis şöbəsinə məlumat veriblər. Lakin hadisədən 9 gün ötməsinə baxmayaraq, qızının harada olması barədə heç bir məlumat ala bilməmələri valideynləri çox narahat edir.

Duman Nəsirov hadisə ilə bağlı bunları deyib: "Səhər saat 8-də qızım imtahana gedib. 8 nömrəli məktəbə. Məktəbdən qayıtmayıb. Aparan müəlliməsini gedib tapmışıq, müəllimə deyib ki, kimiydisə süpürlədi, saldı maşına apardı. Kimdir, nəçidir bilmirik. Hara da müraciət eliyirik, tapılmır. Qalmışam əl amanda".

Daşqın Abdullayev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm