Azərbaycanda narkotik bahalaşıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda narkotik bahalaşıb

Dünyada narkotik maddələrin ən baha qiymətə satıldığı ölkə Türkiyədir.

AzVision .az xəbər verir ki, bu barədə BMT-nin Narkotiklər barədə 2014-cü il üzrə hesabatında bildirilir.


Hesabatda qeyd edilib ki, dünyada kokain və marixuana asılılığının azalması fonunda yeni növ narkotiklərin istifadəsi artıb. Əsas təhlükəni isə tərkibində amfetamin olan preparatlar və psixoaktiv maddələr təşkil edir.


Eyni zamanda, narkotik maddələrin qiymətinin artdığı ölkələr arasında Azərbaycanın da adı vurğulanır.
Bildirilir ki, narkotik bitkilərin qiyməti Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Yunanıstan və Özbəkistanda da qalxıb.


Bunun isə əsas səbəbi narkotik maddələrə olan tələbatın artmasıdır.


Dünyada isə narkotik aludəçilərinin sayının 27 milyon nəfər olduğu bildirilir.


Hesabatda göstərilir ki, qadınların əksəriyyəri sakitləşdirici həblərdən istifadə edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm