Sankt-Peterburqda “qara”ları döyən skinhedlər tutuldu
Bizi izləyin

Qırmızı.az

Sankt-Peterburqda “qara”ları döyən skinhedlər tutuldu

Sankt-Peterburq polisi neofaşist qruplaşmasının 5 üzvünü həbs edib.

Publika.az “Baltİnfo” agentliyinə istinadən xəbər verir ki, skinhed dəstəsinin üzvləri olan 5 gənc bu ilin əvvəlində törətdikləri cinayətə görə həbs ediliblər. Belə ki, 2014-cü il yanvarın 23-də onlar üzlərinə maska taxaraq Sankt-Peterburqun Kalinin rayonunda küçədən keçən Tacikistan səfirliyi işçisini döyüblər. Qaz balonu və dəyənəklərlə ona ağır bədən xəsarəti yetiriblər. Şahidlərin ifadələrinə görə, hadisə vaxtı gənclər millətçi şüarlar səsləndiriblər.

Hazırda skinhedlər barəsində “xuliqanlıq”, “orta dərəcədə bədən xəsarəti yetirmə” , “milli ayrı-seçkilik salma” maddələriylə cinayət işi qaldırılıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm