Azərbaycan İran və Rusiya gəmilərini saxlayıb (FOTO)
Bizi izləyin

Qırmızı.az

Azərbaycan İran və Rusiya gəmilərini saxlayıb (FOTO)

Cari il ərzində Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin gəmiləri, katerləri və sahil nəzarəti məntəqələri tərəfindən 67 gəmi və 220 qayığa baxış keçirilib.


DSX-nin mətbuat mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində rejim qaydalarını pozduğuna görə Azərbaycana məxsus 20, Rusiya Federasiyasına məxsus 2, İran İslam Respublikasına məxsus 2 gəmi, Azərbaycana məxsus 182 qayıq, 307 nəfər heyət üzvü saxlanılıb.


Hesabat dövründə 57 sahibsiz qayıq, 1 milyon 477 min 625 metr müxtəlif çeşidli balıq ovlama toru, 292 min 744 ədəd istifadəsi qadağan olunmuş balıq ovlama qarmaqları aşkar olunaraq götürülüb.





Oxumağa davam et
Reklam
Reklam

Gündəm