Qırmızı.az
Bu gecə reydlər başlayır
Bakı yol polisi qarşıdan gələn istirahət günləri ilə əlaqədar iyunun 27-si axşam saatlarından etibarən iyunun 29-u axşam da daxil olmaqla gecə reydlərinə başlayır.
Milli.Az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi (DİN) Bakı
Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai
qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantıVaqif
Əsədov Trend-ə deyib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bu
gün axşam saatlarından başlayaraq günün qaranlıq vaxtı reydlərin
təşkilinə başlayır.
Onun sözlərinə görə, qeydə alınmış yol-nəqliyyat hadisələrinin
təhlili göstərir ki, paytaxtda baş vermiş yol qəzaları, əsasən,
günün qaranlıq vaxtlarına təsadüf edir. Bu baxımdan belə
hadisələrin qarşısının alınması zərurəti yaranır: "Belə ki, yol
qəza hadisələri, əsasən, saat 18:00-dan 24:00-dək aralığında baş
verir. Qəzaların baş verməsinin əsas səbəbi isə hərəkət sürətinin
aşılması, diqqətsizlik, səhlənkarlıq, tələskənlik olur".
V.Əsədov bildirib ki, yol hərəkəti təhlükəsizliyinin
gücləndirilməsi üçün şənbə və bazar günləri paytaxtdan istirahət
mərkəzləri, bağ evləri, çimərliklər, eləcə də bölgələr
istiqamətlərində reydlərin təşkili nəzərdə tutulub: "Bakı Şəhər
Dövlət Yol Polisi İdarəsi bildirir ki, təşkil edilmiş reydlər
zamanı sükan arxasında telefonla danışanlara, təhlükəsizlik
kəmərindən istifadə etməyənlərə, spirtli içkinin təsiri altında
avomobil idarə edənlərə, nəqliyyat vasitələrində əlavə
avadanlıqlar, yüksək avazlı səs siqnalları quraşdıranlara, xüsusilə
polisin saxlama işarəsinə və qanunvericiliyə uyğun sənədlərin
yoxlanılmasına əhəmiyyət vermədən yayınmağa çalışan sürücülərə və
avtomobil sahiblərinə heç bir güzəşt edilməyəcək".
Bölmə rəisi əlavə edib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin
şəxsi heyəti ümumilikdə paytaxt yollarında nəzarəti gücləndirib:
"Bir daha sürücülərə və avtomobil sahiblərinə xatırladırıq ki,
bilərəkdən və ya bilmədən, qəsdən və ya ehtiyatsızlıq üzündən yol
hərəkəti qaydalarının pozulması inzibati xəta adlanır və bu xətanı
törədənlər, irqindən, cinsindən, dinindən, dilindən, vəzifəsindən,
miliyyətindən asılı olmayaraq, aşkar edildikdə məsuliyyətə cəlb
ediləcəklər. Xəta törədənlər həm qanunvericilik əsasında xidmət
apararaq yol polisi əməkdaşları, həm də yollarda quraşdırılmış
müşahidə kameraları tərəfindən aşkar edilərək cəzalandırılacaqlar.
Artıq güzəşt məsələsi ola bilməz!"
O bildirib ki, Azərbaycanda nəqliyyat vasitələrinin sayı artıq 1,2
milyonu keçib. Onların 62%-i isə paytaxtda idarə olunur.
V.Əsədov sonda yol-nəqliyyat hadisələrinin sayının minimuma
endirilməsi üçün hər bir vətəndaşı nizam-intizama çağırıb: "Hamını
iyun 15-dən iyulun 15-dək davam edəcək "Sürücülər, intizamlı olaq!"
hərəkətin təhlükəsizliyi aylığında fəal iştirak etməyə dəvət edir,
bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi riayət
etməyə, idarə, müəssisə, təşkilat rəhbərlərini və kütləvi
informasiya vasitələrini təhlükəsizlik aylığının yüksək səviyyədə
keçirilməsinə yardımçı olmağa çağırır, əhalinin diqqətinin bu
tədbirə cəlb edilməsi, o cümlədən hərəkət iştirakçılarının
həmrəyliyinin simvolu kimi respublikanın avtomobil yollarında
hərəkətdə olan nəqliyyat vasitələrinin sürücülərinə gündüz vaxtı da
yaxın işıq faralarından istifadə etmələrini tövsiyə edirik".
Qeyd edək ki, Azərbaycanda 2014-cü ilin 5 ayı ərzində 996
yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 404 nəfər ölüb, 1003
nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisələrin 370-i
paytaxt Bakıda baş verib. Nəticədə 113 nəfər ölüb, 364 nəfər
yaralanıb.
-
MDB23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin122:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Magazin122:12
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm” - FOTO
-
Region21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."