• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Odessada sunami: 3 uşaq yaralandı

Odessada sunami: 3 uşaq yaralandı

Ukraynanın liman şəhəri olan Odessanın Qara dəniz sahilindəki çimərlikdə bir anda ortaya çıxan 3 metrlik dalğa çaxnaşmaya səbəb oldu.

ANS PRESS-in məlumatına görə, Ukrayna Fövqəladə Hallar xidmətindən verilən açıqlamada Odessa şəhərində yerli vaxtla saat 12.50-də bir anda ortaya çıxan üç metrlik dalğalar nəticəsində çimərlikdəki 3 uşağın yaralandığı bildirildi.

Fövqəladə Hallar Xidmətinin işçiləri və təcili yardımın köməyi ilə bir anda çimərliyi örtən dalğaların dənizə sürüdüyü 15 adam sağ olaraq sahilə çıxarıldı.

Ölənlərin olmadığı bu hadisədə bədənində müxtəlif xəsarətlər alan 3 uşaq isə xəstəxanaya qaldırıldı.

Rəsmilər hadisənin meydana gəlmə səbəbini araşdırır.

Digər tərəfdən sosial şəbəkələrdə dalğaların bir körpəni apardığı deyilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR