Azərbaycanda ata oğulun evini yandırdı
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda ata oğulun evini yandırdı

Şəkidə ata oğlunun yaşadığı evi yandırıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Baş Layısqı kəndinin Qumux qəsəbəsində, Rafiq İsa oğlu Xəlilovun yaşadığı, ümumi sahəsi 40 kv/m olan bir otaq və bir eyvandan ibarət kürsülü fərdi yaşayış evində qeydə alınıb.

Yanğın baş verən əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki və Qax rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində ev içərisindəki əşyalarla birlikdə yanaraq, kül olub.

Yanğınsöndürənlərin səyi nəticəsində evə bitişik altıaçıq və həyətyanı sahədə olan digər yaşayış evi yanğından mühafizə olunub.

Rafiq Xəlilovun və qonşularının verdiyi məlumata görə, yanan ev sənədlə Rafiq Xəlilovun atası 61 yaşlı İsa Xəlilova məxsusdur. Rafiq Xəlilovun dediyinə görə, evi elə onun atası İsa Xəlilov yandırıb. Hadisənin isə ailə münaqişəsi zəminində baş verdiyi ehtimal olunur. Faktla bağlı Şəki şəhər-rayon Polis Şöbəsi və FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm