7 gündən sonra tapılan 77 yaşlı kişi meyidi (VİDEO)
Bizi izləyin

Qırmızı.az

7 gündən sonra tapılan 77 yaşlı kişi meyidi (VİDEO)

Bu gün günorta saatlarında paytaxtın Xətai rayonu, Gəncə prospekti, bina 10, mənzil 51-də naməlum kişi meyiti tapılıb

ANS TV-nin məlumatına görə, qonşular deyir ki, o, mənzilindən bir həftədir ki, çölə çıxmırmış. Üstəgəl binanı bürüyən dəhşətli pis qoxu qonşuları təşvişə salıb. Mənzilin qapısını dəfələrlə döyüblər. Amma evdə yaşayan şəxsdən heç bir reaksiya olmadığından qonşular FHN-nin xüsusi riskli xilas etmə xidmətinə məlumat veriblər.

Qapının qıfılını qırıb mənzilə daxil olan xilasedicilər orada 77 yaşlı kişinin stulda oturaq vəziyyətdə meyitinə rast gəliblər. Əraziyə rayon Polis İdarəsinin əməkdaşları və ekspert qrupunun üzvləri gəlib. İlkin ehtimala görə meyitin üzərində hər hansı bir zorakılıq faktlarına rast gəlinməyib. Daha sonra cəsəd Mənzil İstismar Sahəsinin əməkdaşları tərəfindən evdən çıxarılıb.

Ərazi üzrə fəaliyyət göstərən 118 saylı mənzil istismar sahəsinin rəisi Hüseyn Vəliyevin dediyinə görə, ağsaqqal bu evdə 1981-ci ildən yaşayıb. Mənzil məhz onun, yəni 1937-ci il təvəllüdlü Əlibala Qasımovun adınadır.

Daha sonra meyit ətraflı müayinə olunması üçün ekspertizaya aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm