
Hazırda Tovuzun Əlibəyli kəndində güclü
atışma gedir.
Ötən gün saat 23:00 radələrindən Tovuz rayonunun
Əlibəyli kəndi düşmən tərəfindən atəşə tutulub.
Kənd icra nümayəndəsi Valeh Rzayevin axar.az-a
verdiyi məlumata görə, Əlibəyli kəndinin evləri və həyətləri atəş
altındadır. Kənd sakinləri güllələrdən qorunmaq üçün evlərə
çəkiliblər və kənddə bütün evlərdə işıqlar söndürülüb. Hamı təlaş
içindədir.
Ordumuz isə qarşı tərəfi susdurmaq üçün hərəkətə
keçib. Ermənilərin mövqelərinə edilən hücum nəticəsində qarşı
tərəfin postu dağıdılıb, neytral zonada isə yanğın meydana
gəlib.
Kənd sakinlərindən xəsarət alan
olmayıb.