Qırmızı.az
Türkiyədə zorlanan azərbaycanlı qadının hekayəsi - 18 +
Bakı şəhər sakini Əminə Adil qızı Ak Azərbaycanlı qadınları Türkiyənin İstanbul şəhərinə aparıb və orada cinsi istismara məruz qoyub.
AzVision.az teleqraf.com-a istinadən xəbər verir ki, Əminə Ak 1978-ci ildə anadan olub. O, Türkiyə vətəndaşına ərə gedib. Əminə Ak ərdə olduğu müddətdə Türkiyənin İstanbulda - "Palitra" ticarət mərkəzi ilə üzbəüz 7 mərtəbəli binada yaşayıb. Onun daim yaşayış yeri isə Sumqayıt şəhəri olub.
Əminə Ak Sumqayıt şəhərindən olan qadınları Türkiyədə cinsi
istismara məruz qoymağı təşkil edib. O, bu məqsədlə Sumqayıt şəhər
sakini Vəfanı (ad şərtidir-red.) da Türkiyəyə aparıb.
İstanbulda oteldə cinsi zorakılıq
Əminə Ak Vəfanı aldadaraq guya Türkiyədə gözəllik salonunda işə düzəldəcəyini bildirib. Lakin Türkiyəyə aparandan sonra Əminə Vəfanın sənədlərini əlindən alıb. O, Vəfanı İstanbul şəhərində yerləşən “İnci” otelinə aparıb və orada kişi müştərlilərlə görüşdürüb. Bununla da Əminə Vəfanı cinsi istismara məruz qoyub.
Vəfa bir müddət Əminənin təkidi ilə həmin oteldə
kişilərlə görüşüb. Bir neçə aydan sonra bir nəfər azərbycanlının
köməyi ilə Vəfa Azərbaycana gəlib. O, Əminə barəsində Daxili İşlər
Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə şikayət
edib. Onun şikayəti əsasında Əminə Ak həbs edilib.
“Vəfanı cinsi istismara məruz qoymamışam”
Əminə Akın barəsində Cinayət Məcəlləsinin 144-1-ci
(insan alveri) maddəsi ilə ittiham elan olunub və cinayət işi
baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Rasım Sadıqovun sədrliyi ilə keçirilən prosesdə Əminə Akın ittihamı açıqlanıb. Əminə Ak elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O deyib ki, Vəfanın İstanbul şəhərinə aparsa da, onu cinsi istismara məruz qoymayıb.
Prosesdə cinayət işi üzrə adı keçən şahidlər ifadə verib. Onlar Əminə Akın Vəfanın aldadaraq Türkiyəyə aparması və orada otellərdə cinsi istismara məruz qoymasını təsdiqləyiblər. Prosesdə fasilə elan olunduğu üçün zərərçəkmiş ifadə verməyib. Zərərçəkmiş iyulun 3-də ifadə verəcəyi gözlənilir.
“Əminə bildirdi ki, burdakı qazancla borcunu qaytara bilməzsən”
Cinayət işi üzrə Türkiyədə cinsi istismara məruz qalmış Vəfanın
istintaqa verdiyi ifadəsini əldə edilib. Vəfa deyib ki, 1982-ci
ildə Sumqayıt şəhərində anadan olub. Onun sözlərinə görə, 10 il
Sumqayıt Şəhər İcra Hakimiyyətinin yaxınlığında yerləşən “Nəcib”
gözəllik salonunda işləyib: “Mənim daimi müştərim olan Əminə adlı
qadın bir gün məndən soruşdu ki, niyə fikirlisən. Mən xeyli borcum
olduğunu dedim. Əminə mənə bildirdi ki, burdakı qazancınla sən
borcunu qaytara bilməzsən. Əminə mənə təklif etdi ki, Türkiyədə
dostumun gözəllik salonu var, orda hər ay 4-5 min manat qazana
bilərsən. Mən razılıq verəndən sonra Əminə bir sutka müddətində
xarici pasportumu düzəltdi və biz Türkiyəyə yola düşdük”.
“Məni hər gün döyürdü, işgəncə verirdi”
Zərərçəkmiş daha sonra qeyd edib ki, 3 gün İstanbulda “İnci” oteldə
qalıb: “Mən Əminəyə bildirdim ki, oteldə baha qiymətə qalırıq, sən
məni dediyin iş yerinə apar, işə başlayım. Əminə mənə dedi ki,
işləmək üçün çalışma izni lazımdır, amma bu çox zaman alacaq. Əminə
mənə dedi ki, eyni zamanda, sən İnterpol xətti ilə axtarışdasan.
Ona görə də borcunu qaytarmaq üçün mən dediyim işlə məşğul
olmalısan. Mənim bütün sənədlərim Əminədə olduğu üçün geri qayıtmaq
imkanım qalmamışdı. Beləliklə, Əminə məni cinsi istismara məcbur
etdi.
O, məni hər gün döyürdü, işgəncə verirdi. 7 aydan sonra mən Əminəyə dedim ki, pulumu ver, qayıdım borcumu qaytarım. Əminə mənə dedi ki, borclu olduğun adamın telefonunu mənə ver, mən sənin borcunu qaytaracam. Sonra mənə məlum oldu ki, Əminə mənim borcumu qaytarmayıb”.
Vəfanın sözlərinə görə, çox çətinliklə olsa da, 27 dekabr 2013-cü il tarixdə Bakıya qayıda bilib. O deyib ki, 28 dekabrda İnsan Alveri ilə Mübarizə İdarəsində olub. Onun izahatını alıblar.
Cinayət işi üzrə məhkəmə davam edəcək.
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq