Qırmızı.az
Bir sıra hakimlərin vəzifələri dəyişdirilib (SİYAHI)
Prezident İlham Əliyev bir sıra hakimlərin vəzifələrinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar birinci instansiya məhkəmələrinin hakim və sədrləri təyin edilsinlər:
Abbasov Natiq Mehdi oğlu - Gəncə İnzibati-İqtisadi Məhkəməsinin
hakimi və sədri;
İbrahimov Zamin Vəliyəddin oğlu- Astara Rayon Məhkəməsinin hakimi
və sədri;
Quliyev İnşallah Fərrux oğlu - Şəki Rayon Məhkəməsinin hakimi və
sədri.
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilir:
Nuriyev Mehman Bağış oğlu Şəki Rayon Məhkəməsinin hakimi və
sədri vəzifəsindən azad edilərək Şirvan İnzibati-iqtisadi
Məhkəməsinin hakimi və sədri təyin edilsin;
Abdurəhmanlı İsmayıl Xudaverdi oğlu Astara Rayon Məhkəməsinin
hakimi vəzifəsindən azad edilərək Goranboy Rayon Məhkəməsinin
hakimi və sədri təyin edilsin;
Hüseynov Fikrət Cilingir oğlu Göygöl Rayon Məhkəməsinin hakimi
vəzifəsindən azad edilərək Gəncə İnzibati-iqtisadi məhkəməsinin
hakimi təyin edilsin;
Rzayev Kamil Allahqulu oğlu Ağstafa Rayon Məhkəməsinin hakimi
vəzifəsindən azad edilərək Gəncə İnzibati-İqtisadi Məhkəməsinin
hakimi təyin edilsin.
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 112-ci maddələrinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilir:
Nəsirov Vidadi Zahid oğlu Goranboy Rayon Məhkəməsinin hakimi və
sədri vəzifəsindən azad edilərək Gəncə Hərbi Məhkəməsinin hakimi
təyin edilsin;
İbrahimov Cavad Cavanşir oğlu Gəncə İnzibati-İqtisadi Məhkəməsinin
hakimi vəzifəsindən azad edilərək Ağstafa Rayon Məhkəməsinin hakimi
təyin edilsin;
Məmmədov Rafiq Rəşid oğlu Gəncə İnzibati-İqtisadi Məhkəməsinin
hakimi vəzifəsindən azad edilərək Göygöl Rayon Məhkəməsinin hakimi
təyin edilsin.
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub