Leyla Əliyeva ilə Tale Heydərov boks izlədilər- FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Leyla Əliyeva ilə Tale Heydərov boks izlədilər- FOTOLAR

Avropa Azərbaycan Cəmiyyəti (AAC) və Böyük Britaniyada fəaliyyət göstərən “Mo Farah” xeyriyyə fondunun birgə təşkilatçılığı ilə Beynəlxalq Qaçqınlar Günü münasibətilə Londonun “York Hall Leisure Centre” arenasında boks üzrə xeyriyyə matçı və qala-gecə keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, "Avropa-Azərbaycan Cəmiyyəti"nin sədri, "Qəbələ" futbol klubunun prezidenti Tale Heydərov və xanımı da iştirak edib.

Tədbir dünyada və Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərini beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxlamaq məqsədi ilə təşkil edilib.

“Qəbələ” İdman Klubu prezidentinin müşaviri Toni Adams və məşhur boksçu Darren Barkerin birgə əməkdaşlığı ilə baş tutmuş yarışda Azərbaycanın “Qəbələ” İdman Klubunun boksçuları ilə İngiltərənin “Repton” Həvəskar Boks Klubunun idmançıları qarşılaşıb.

Xeyriyyə matçından toplanacaq vəsait qaçqın və məcburi köçkünlərin ehtiyaclarına sərf ediləcək.

Tədbir çərçivəsində qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, ölkəmizin bir milyondan artıq qaçqın və məcburi köçkününün problemlərindən bəhs edən broşürlər paylanıb. Qeyd olunmuşdur ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 4 qətnamə qəbul edib, lakin onlar hələ də icra olunmur.

Tədbirin təşkilatçıları qonaqları AAC-ın təşəbbüsü ilə Azərbaycanın qaçqın və məcburi köçkünlərinə dəstək vermək üçün təşkil olunmuş “Many Happy Returns” adlı kampaniyaya qoşulmağa çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm