• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İki nəfəri ilan sancıb, birini gün vurub

İki nəfəri ilan sancıb, birini gün vurub

Ötən gün paytaxtda iki nəfəri ilan sancıb, onlardan biri azyaşlıdır. Bu barədə Publika.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

İlan sancmaların hər ikisi Bakı ətrafı kəndlərdə qeydə alınıb. Bir nəfər orta yaşlı kişi, digəri isə 18 yaşdan az olan oğlandır. Uşaq xəstəxanaya aparılıb. Digərinə isə yerindəcə yardım göstərilib.

Bir nəfər isə sudaboğulma ilə bağlı təcili yardıma müraciət edib. Həmin şəxsə də yerindəcə yardım göstərilib. Ötən gün bir nəfəri gün vurub. Həmin şəxs gün ərzində açıq havada işləyib, təcili yardıma müraciət isə axşam saatlarında olub.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR