Millət vəkili Polşanın Dövlət katibi ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Millət vəkili Polşanın Dövlət katibi ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Fransada Polşanın Dövlət katibi Agnieszka Kozlovska-Rajevicz ilə görüşüb.

Görüşdən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycanın Polşa ilə bütün istiqamətlərdə əlaqələrin inkişafına böyük önəm verdiyini deyib.

Azərbaycan ilə Polşa arasında həm hökumətlərarası, həm də qanunvericilik orqanları arasında əməkdaşlığın inkişaf etdiyini deyən millət vəkili bu əməkdaşlığın hər iki dövlətin təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində də getdikcə gücləndiyini bildirib.

Azərbaycanın Polşa ilə bütün istiqamətlərdə münasibətlərin daha da genişləndirilməsində maraqlı olduğunu deyən Q.Paşayeva iki dövlət arasında güclü siyasi, iqtisadi-ticarət əlaqələrinin olduğunu bildirib. Millət vəkili, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma evlərindən qovulan 1 milyon azərbaycanlının məcburi köçkün həyatı yaşamağa məcbur olması barədə məlumat verib və Azərbaycan həqiqətlərini, ermənilərin dinc azərbaycanlılara qarşı 20-ci əsrin əvvələrində və sonlarında törətdiyi soyqırımları, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündəəks etdriən “Azərbaycan Həqiqətləri” filmləri kataloqunu vəmaterialları xanım nazirə təqdim edib.

Azərbaycana xoş münasibət bəslədiyini deyən Polşanın Bərabər İmkanlar üzrə Dövlət katibi Agnieszka Kozlovska-Rajevicz ölkəsi ilə Azərbaycanın əlaqələrinin inkişaf etdiyi və onun daha da inkişafında maraqlı olduqlarını deyib.

Millət vəkilinin Azərbaycana dəvətinə gəlincə Dövlət katibi Agnieszka Kozlovska-Rajevicz Azərbaycanı yaxından görməkdən məmnunluq duyacağını deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm