Qırmızı.az
“Space”də kütləvi istefalar
“Space” televiziyasının 3 əməkdaşı işdən çıxıb.
AzVision.az-ın məlumatına görə, “Hər gün” proqramının aparıcıs Nərminə Məmmədova, proqramın müxbiri Simnarə Həmidqızı və verilişin digər əməkdaşı Mümtaz Arifoğlu telekanaldakı işlərindən ayrılıblar.
Bu barədə jurnalistlər Facebook səhifələrində də yazıblar.
Aparıcı Nərminə Məmmədova bildirib ki, işdən çıxması şəxsi səbəblərlə bağlıdır:
“Bu gün 5 il çalışdığım Space Tv-dən ayrıldım. Tamamilə özəl
səbəblərdən dolayı. Gözəl məkan, gözəl insanlar, gözəl kollektiv.
Hər birinizə hörmətim sonsuzdu. Yaxşı ki sizi tanıdım, hər
birinizin xətri əzizdi, hər biriniz mənimçün çox doğmasız. 5 il az
müddət deyil. Bu 5 ili çox gözəl, yaddaqalan günlər yaşadıq, bir
ailə olduq. Space mənə gözəl, dəyərli dostlar qazandırdı. Bugün
məni ekran başından izləyən tamaşaçılarımla da son dəfə
sağollaşdım. Bu da son iş günümdə dəyərli insanlarla son şəkil.
Hamınız məni gözəl tanıyırsız, sadiq insanam və həmişə demişəm, bir
də təkrar edirəm, dostluqlar, yoldaşlıqlar məkanlarla
məhdudlaşmır”.
Simnarə Həmidqızı da telekanalla vidalaşdığını qeyd edib:
“Yolum bura qədərmiş. Düz 5 il çalışdığım Space TV ilə vidalaşdım. Necə deyərlər, yolum açıq olsun”.
Qeyd edək ki, qısa müddət öncə də “Hər gün” xəbərlər buraxılışının
digər aparıcısı Şəbnəm Hümbətova işdən çıxmışdı.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?