• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

96 müəllim iş yerini dəyişdi

96 müəllim iş yerini dəyişdi

Hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilib. 2014-cü ilin may ayında yerlərdən daxil olmuş vakansiyalar Təhsil Nazirliyində təhlil olunub və elan edilib. 1-10 iyun tarixlərində elektron ərizələrin qəbulu aparılıb, ərizəsi təsdiq edilmiş 771 nəfər müəllim yerdəyişmə üzrə müsabiqəyə buraxılıb.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, iyunun 17-dən 24-dək keçirilmiş müsabiqənin 1-ci mərhələsində test tapşırıqlarının yerinə yetirilməsinin nəticəsi olaraq ən yüksək bal toplamış namizədlərdən 140 nəfəri 2-ci mərhələyəmüsahibəyə buraxılıb. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin yekun nəticəsinə əsasən 96 nəfər iş yerini dəyişmək hüququ qazanıb.

Fənlər üzrə nəticələr belə olub: Tarix müəllimi-20 nəfər; İbtidai sinif müəllimi-16 nəfər; Azərbaycan dili və ədəbiyyat müəllimi-11 nəfər; Coğrafiya müəllimi-10 nəfər; Biologiya müəllimi-10 nəfər; Fizika müəllimi-9 nəfər; Riyaziyyat müəllimi-7 nəfər; İngilis dili müəllimi-6 nəfər; Kimya müəllimi-2 nəfər; Musiqi müəllimi-2 nəfər; İnformatika müəllimi-1 nəfər; Rus dili müəllimi-1 nəfər; Fiziki tərbiyə müəllimi-1 nəfər.

İş yerini dəyişən 96 müəllimin şəhərlər (rayonlar) üzrə seçimi belə olub: Bakı şəhərini 40 nəfər; Gəncə şəhərini 4 nəfər; Şirvan şəhərini 1 nəfər; Abşeron rayonunu 5 nəfər; Goranboy, Hacıqabul və Tovuz rayonlarının hər birini 4 nəfər; İsmayıllı və Oğuz rayonlarının hər birini 3 nəfər; Ağdam, Bərdə, İmişli və Şəmkir rayonlarının hər birini 2 nəfər; Ağdaş, Ağstafa, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Göyçay, Göygöl, Laçın, Lənkəran, Masallı, Qəbələ, Qobustan, Quba, Sabirabad, Tərtər, Xaçmaz, Xızı, Yardımlı və Yevlax rayonlarının hər birini isə 1 nəfər seçərək yerini dəyişib.

Təhsil Nazirliyinin “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” 21 aprel 2014-cü il tarixli, 445 nömrəli əmri ilə təsdiq olunmuş Qaydalara müvafiq olaraq hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilib.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR